F qrupunun ikinci oyununda Portuqaliya yığması Avstriya yığması ilə qarşılaşırdı. Oyun qolsuz bərabərliklə nəticələndi.
Oyunun 78-ci dəqiqəsində Portuqaliya yığmasının üzvü Kriştiani Ronaldo penalti zərbəsini vura bilməyib.
***
Bu gün F qrupunun oyunları keçirilir. İlk turda Poruqaliyadan xal alan İslandiya millisi Macarıstanla qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qol: Siqordsson, 39-pen. Saevarsson, 88 (1:1 a.q.)
***
Bu gün “Avro-2016”nın E qrupunda daha bir oyun keçirilib. Belçika və İrlandiya milliləri üz-üzə gəlib.
Bu oyun qrupda ikinci yerə yüksəlmək baxımından hər iki komanda üçün önəmli idi. Oyun belçikalıların 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Romelu Lukaku, 48 (1:0), Axsel Vitsel, 61 (2:0), Lukaku, 70 (3:0)



