Məhəmməd Mursi ömürlük cəza aldı

mursiMisirin Cinayət Məhkəməsi ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

M.Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub.

Qeyd edək ki, Məhəmməd Məhəmməd Mursi İsa əl-Əyyat 2012-ci il iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib.