ulduz fali

BÜRCLƏR – 18.06.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

Qoç

Yekun razılaşmaları əldə etməyiniz qeyri-müəyyən müddətə təxirə düşəcək. Rəhbərlikdə mübahisələr mümkündür. Haqlı olduğunuza inandırmaq üçün bir qədər səy göstərməli olacaqsınız. Gün maliyyə ilə bağlı xoş xəbərlər gətirəcək.Günün ikinci yarısında sevdiyiniz şəxslə ciddi fikir ayrılıqları yarana bilər. Lakin inciklikdən yayınacaqsınız.

Buğa

Sevdiyiniz adam sizə xoş sürpriz edə bilər. Günün ikinci yarısı emosional baxımdan çətin dövrdür. Istənilən boş şeyə görə hiddətlənməyiniz mümkündür. Bu saatlarda təmasları məhdudlaşdırmaq məsləhətdir.

Əkizlər

Bu gün çoxsaylı çətinlikliklərlə yadda qalacaq. Onların öhdəsindən gəlməyin ən asan yolu çətinliklərə böyük əhəmiyyət verməməkdir. Əməkdaşlığa başlamaq olar. Tələskən adamla ittifaq üçün ulduzlar yaxşı heç nə vəd etmir.

Xəəng

Pul saymaq bacarığınızdan faydalanacaqsınız. Üstəlik tək özünüzün yox, həm də başqalarının pulunu. Gün hansısa vacib və çətin işdə irəliləyişlə əlamətdar olacaq. Lakin bunu yalnız intuisiyasına yox, soyuq məntiqə əsaslanan adamlar bacaracaqlar.

Şir

Uğurun yaxınlaşdığını hiss edir və onu əldə etmək üçün əbəs yerə cəhd edirsiniz. Əgər səbrli deyilsinizsə, vaxtınızı xırda işlərin köməkliyi ilə keçirməyə çalışın. Bundan başqa gün çoxdan planlaşdırılmış bazarlığı etmək üçün münasibdir.

Qız

Asan gün olmayacaq. Səhərdən axşamadək nə qədər çətin olsa da nikbinliyi qorumaq vacibdir. Hətta ən çətin anlarda da təslim olmayın. Gün vacib dərslər və faydalı təcrübə ilə zəngin olacaq. Bunların hər ikisi tezliklə sizə lazım olacaq.

Tərəzi

Həmişə olduğu kimi iti intuisiyanız çətin mərhələnin yaxınlaşdığından xəbər verir. Əvvəldən başladığınız bütün işləri başa çatdırmağa, imkan daxilində borclarınızı bağlamağa çalışın. Yeni müttəfiqlərinizlə kəskin münaqişə gözlənilir. Onların rəqib tərəfə keçdiklərini elan edəcəkləri də istisna deyil.

Əqrəb

Bu gün əldə olunan sövdələşmələr çətin ki, ümid etdiyiniz gəliri gətirsin. Şəxsi təmaslarda tələbkarlıq nümayiş etdirmək, yeni tanışlıqlara ehtiyatla yanaşmaq lazımdır. Risk etməyin.

Oxatan

Günün sakit keçməsi sizi məyus etməkdən daha çox sevindirəcək. Bu gün planlar qurmaq olar. Siz özünüzün həm gücünüzü, həm imkanlarınızı, həm də arzularınızı real qiymətləndirirsiniz. Iş görüşləri pis keçməyəcək.

Oğlaq

Sizin birbaşa iştirakınızın tələb olunduğu qohumlarla görüşlər, ailə məclisləri mümkündür. Bir zamanlar xətrinizə dəymiş adamlarla görüşə bilərsiniz. Onlar günahlarını yumağa çalışacaqlar.

Dolça

Bütün gün ərzində əhval-ruhiyyəniz yüksək olacaq. Nə qədər çətin olsa da, nikbinliyinizi qoruyacaqsınız. Istənilən vacib görüşü günün ikinci yarsına təyin edin.

Balıqlar

Olduqca məhsuldar gündür. Ulduzlar istənilən məsələdə sizi dəstəkləməyə hazırdırlar. Balıqlar biznesdə uğura, faydalı sövdələşmələrə ümid edə bilərlər. Maraqlı işgüzar təkliflər mümkündür.