Belarus diktatoru:“Mavi olmaqdansa, diktator olmaq daha yaxşıdır”
Belarus rəhbəri Aleksandr Lukaşenko Avropa Birliyinin rəsmi Minskə qarşı yeni sanksiyalarına sərt və nəlayiq şəkildə münasibət bildirib. “Avropanın sonuncu diktatoru” adlandırılan Lukaşenko Belarus rejimini tənqid edən Almaniya xarici işlər naziri Quido Vestervelleyə eyham vuraraq “mavi olmaqdansa, diktator olmaq daha yaxşıdır”’ deyib.
Lukaşanko Belarus hakimiyyətinə sərt mövqedə dayanan Polşanın da ünvanına nəlayiq ifadələr işlədib:“Gördüyünüz kimi qabaqcıl qitələrdə iki növ siyasətçi olur. Bunlardan biri Varşavada, digəri də Berlində yaşayır. İkinciyə gəlincə cinsi azlıqlar burada diktator var deyə qışqırmağa başlayanda və mən də bunu eşidəndə mavi olmaqdansa diktator olmanın daha yaxşı olduğunu düşündüm’”.
Avropa Parlamentinin Belarusun 2014-cü ildə keçiriləcək buzüstü Xokkey üzrə dünya çempitonatına ev sahibliyi etməsinin nəzərdən keçirilməsi tələbinə münasibət bildirən Lukaşenko bu təklifi avropa və amerikalı bürokratların “iyrənc” oyunu adlandırıb.
İnformasiya şöbəsi


