Çeçenistan prezidenti Ramzan Kadırov respublika MSK-nın sədrinin “seçkilər bayram ab-havasında keçir” sözlərini təsdiqləyərək seçki məntəqəsində rəqs edib. Onun rəqsini Çentravoy qəsəbəsindəki 167 saylı məntəqədə quraşdırılmış veb-kamera qeydə alıb. webvybory2012 portalından götürülən video dərhal Youtube vasitəsilə yayılıb.
Kadırovla birlikdə anası və başqa ailə üzvləri də səs veriblər. Kadırov bülleteni qutuya atarkən “güclü lideri olan güclü ölkəyə” səs verdiyini bildirib.
O, ümid etdiyini bildirib ki, Çeçenistanda seçkilər yüksək fəallıqla keçəcək. “İnsanlar bizdə fəaldırlar. Yüksək seçici fəallığı bizim respublikada artıq ənənə halını alıb”, – deyə Kadırov vurğulayıb.
Kadırovun dediyinə görə, artıq saat 15:00-a seçicilərin 76% -i səsvermədə iştirak edib.
İnformasiya şöbəsi