AÇ: İngiltərə və Şimali İrlandiyadan qələbə, Almaniya və Polşa bərabərə qaldı

futbol alman

C qrupunun ikinci oyununda Almaniya isə Polşa ilə qarşılaşıb. İlk oyunlarında qələbə qazanan komandalar qol vura bilmədi. Oyun 0-0 hesabı ilə başa çatdı. Bu, Avropa çempionatında qolsuz başa çatan ilk oyun oldu.

***

C qrupunda II turun bir oyunu başa çatıb. İlk görüşdə Almaniyaya uduzan Ukrayna millisi Şimali İrlandiya ilə üz-üzə gəlib. Mixail Fomenkonun komandası gözlənilmədən bu oyunda da uduzub – 0:2. Şimali İrlandiya isə Avropa çempionatının final mərhələləri tarixində ilk qələbəsini qazanıb.

Qollar: Makoli, 49 (1-0), Makgin, 90+6 (2-0)

***

Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir. Bu gün  B qrupunda daha bir oyun keçirilib.
İlk oyunda Rusiya ilə 1:1 hesablı bərabərə qalan İngiltərə millisi Uelslə qarşılaşıb. Oyun İngiltərə yığmasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Qaret Beyl, 42 (0:1), Ceymi Vardi, 56 (1:1), Staric, 90+2 (2:1)