“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzadılacaq”.
Bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Finlandiya baş naziri Yuxa Sipilya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Düşünürəm ki, hazırda vəziyyət aydındır. Aİ-nin mövqeyi ondan ibarətdir ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarına əməl etməsi ilə uzlaşdırılmalıdır. Sanksiyaların uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”, – deyə o vurğulayıb.



