Hökumət əhalinin 37 faizinə 1-2 reklam lövhəsindən 2 dəfə az dəyər verir

ali-karimli-qurultayda1Təkcə Avropa Çempionatına sponsorluğa SOCAR-ın xərclədiyi 70 milyon avro (120 milyon manat) dövlətin bu ilin ilk 4 ayında kənd təsərrüfatına qoyduğu 60 milyon manat investisiyadan 2 dəfə artıqdır. Baxın, hökumət iddia edir ki, kənd təsərrüfatında 1 milyon 680 min nəfər – ölkə iqtisadiyyatında məşğul əhalinin 37 faizi qədər insan məşğuldur. Deməli, hökumət əhalinin 37 faizinə futbol üzrə Avropa çempionatında 1-2 reklam lövhəsi yerləşdirməkdən 2 dəfə az dəyər verir. İndi biz necə ümid edək ki, bu ağıl və düşüncə sahibi olanlar xalqın problemlərinə can yandırıb, ölkəni sosial-iqtisadi böhrandan çıxara bilərlər?