ABŞ-ın iqtisadi xəritəsi: ştatların ÜDM-i
ABŞ iqtisadiyyatı yenə də miqyası ilə təəccübləndirir. ABŞ ÜDM-nin 2015-ci ildə 18 trln təşkil edən miqyasını anlamaq üçün zerohedge.com internet mənbəyin ekspertləri ştatların iqtisadiyyatını ayrı-ayrı ölkələrin iqtisadiyyatı ilə miqayisə edib.
Ekspertlərin hazırladığı xəritə ABŞ İqtisadi Təhlillər Bürosu və Beynəlxalq Valyuta Fondunun məlumatı əsasında hazırlanıb.
ABŞ-ın ÜDM-nə görə ən böyük ştatı Kaliforniyadır. 2015-ci ildə ÜDM 2,44 trln dollar təşkil edib. Bu da analoji dövrdə Fransanın ÜDM-dən bir qədər çoxdur. Fransada bu göstərici 2,42 trln dollar olub.
Onu da qeyd etmək lazımdır ki, Kaliforniyada 19 mln, Fransada 25 mln işçi qüvvə var.
əgər Kaliforniya ayrı ölkə olsaydı, dünyanın altıncı ən böyük iqtisadiyyatı olardı. Fransa (2,42 trln dollar) və Hindistanı (2,09 trln dollar) geridə qoymaqla beşinci yerdə olan Britaniyadan (2,85 trln dollar) cüzi geri qalardı.
ÜDM göstəricisinə görə ikinci böyük ştat Texasdı. Onun ÜDM-i ötən il 1,64 trln dollar təşkil edib. Texas ayrıca dövlət olsaydı, ÜDM-in həcminə görə dünyada 10-cü yerdə olardı. Braziliyda bu göstərici 1,77 trln dollardır. Lakin Braziliyada 91 mln, Texasda isə 12 mln işçi qüvvə var.
Səudiyyə Ərəbistanının ÜDM-i 653 mlrd dollar təşkil edir. Bu da ABŞ-ın Penselvaniya (680 mlrd dollar) və İllinoys (768 mlrd dollar) ştatlarının ÜDM-dən azdır.
ÜDM-in həcminə görə dördüncü ştat Nyu-Yorkdır. Bu ştatın ÜDM-i ötən il 1,45 trln dollar təşkil edib. Bu da Kanadanın ÜDM-ə çox yaxındır (1,55 trln dollar). Kanadada 18 mln, Nyu-Yorkda 9,2 mln işçi qüvvə var. Bu ştat ayrıca dövlət olsaydı, Cənubi Koreya (1,38 trln dollar) və Rusiyanı (1,32 trln dollar) geridə qoymaqla dünyada 11-ci yerdə olardı. Qeyd edək ki, 2013-cü ildə Rusiyanın ÜDM-in 2 trln dollar təşkil edib. Lakin ölkədəki iqtisadi böhran nəticəsində 2016-cı il üçün proqnoz 1,1 trln dollara düşüb.
Floridanın ÜDM-i (888 mlrd dollar) İndoneziyanın (858 mlrd dollar) ÜDM-ə bərabərdir. Floridada 9,3 mln, İndoneziyada 115 mln işçi var.
İllinoysun ÜDM-i 768 mlrd dollar təşkil edib, bu da Niderlandın ÜDM-dən (738 mlrd dollar) bir qədər çoxdur. Illinoysda 6,2 mln, Niderlandda 8,34 mln işçi var.
Ümumilikdə dünya ÜDM-nin 24,5%-i ABŞ-ın payına düşür. Ölkə əhalis isə dünya əhalisinin 4,5% qədərdir.
ABŞ-ın üç ştatı (Kaliforniya, Texas və Nyu-York) ayrı ölkə olsaydılar ötən il dünyanın 11 ən güclü iqtisadiyyatına daxil olardı.
Kaliforniyanın ÜDM-i 2 trln dollar, iki digər ştatların –Texas və Nyu-Yorkun ÜDM-i 1,6 trln və 1,4 trln dollar təşkil edib.
azadlıq.info





