ulduz fali

BÜRCLƏR – 13.06.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

Qoç

Potensialınızı və güclü istiqamətlərinizi fərqli sahələrdə istifadə edərək yeni fürsətlər əldə edə bilərsiniz. Bir müddət başınızı dinləyin və yorğunluğu atmağa çalışın. Bu vaxt nizamlı idman etmək də faydalı ola bilər.

Buğa

Hisslərinizi tarazlamadığınız vəziyyətdə bəzi sirlərinizin üstü açıla bilər. Səyahətlər və ya sevdiklərinizlə görüşmək əhvalınızı artıracaq. Şəxsi həyatınızdakı problemləri gündəlik həyatınıza əks etdirib kefinizi pozmayın.

Əkizlər

Duyğularınızı içinizə atmayın. Beləliklə də həll edə bilmədiyiniz problemlər üçün bir açıq qapı tapa bilərsiniz. Evinizi və ya ailənizi maraqlandıran mövzulara diqqət etməli və dedi-qoduya imkan verməyin.

Xəəng

Hörmət etdiyiniz, dəyər verdiyiniz bəzi kəslər nələr etmək istədiyinizin fərqinə varıb sizə yol göstərə bilər. Qatılacağınız seminarlar, konfranslar və ya səyahətlər əsl planlarınıza yeniliklər etməyinizə imkan verəcək. Irəlidə sizə fayda verəcək əməkdaşlıq da gözlənilir.

Şir

Təcrübəli, öz sahəsini gözəl mənimsəyən adam və qrupların arasına daxil olacağınız ehtimalı var. Həm şəxsi həyatınıza, həm də ətrafınıza gözəl enerjilər verə bilərsiniz. Eşq həyatınızda işlər qaydasındadır. Keçmişin izlərinin bu günlərə təsir etməsinə izn verməyin. Özünüzə güvənin.

Qız

Mübarizə aparacağınız vəziyyətlər ola bilər. Ulduzlar riskə getməməyə çağırır. Eşq həyatınız yanlış yoldadır. Çox romantik hərəkət edəcəyini gözlənilir. Şikayət və tənqidlərin qarşısını almalısınız.

Tərəzi

Davranışlarınıza diqqət yetirməlisiniz. Aqresiv olmamalı və soyuqqanlı qalmağa çalışmalısınız. Yardımlarınız və jestleriniz həm sizə, həm də ətrafınıza xoş gələcək. Bu aralarda səyahətlər də gözlənilir. Diqqətli olun, sirlər açılır.

Əqrəb

Peşmanlıqları bir kənara buraxmalı və diqqətinizi bu günə cəmləməlisiniz. Büdcənizi aşmamaq şərtilə dəyər verdiyiniz bir adama kiçik jest edə bilərsiniz.

Oxatan

Bu həftə sonu yalnız qalıb başınızı dinləməyə ehtiyac duyacaqsınız. Bəzi mövzuları nəzarət altına almış şəxslərin təzyiqindən özünüzü uzaq tutmalısınız.

Oğlaq

Qarşınıza yaradıcı layihələr çıxarsa, qaçırmayın və mütləq qiymətləndirin. Pul mövzularına daha məntiqli yanaşmalısınız. Bəzi mövzularda danışıqlar və bazarlıqlar ola bilər.

Dolça

Soyuqqanlı olmağa çalışın. Çox yaxşı düşünüb necə hərəkət edəcəyinizə qərar verməlisiniz. Belə olarsa mövcud işləriniz də yoluna düşəcək. Kefli və romantik görüşlər ola bilər.

Balıq

Zövq aldığınız işləri karyeranızla birləşdirərək cazibədar fürsətlər əldə edə bilərsiniz. Xarici faktorlar bu günlərdə ön planda. Intuisiyanızı işə salın.