C qrupunun digər görüşündə Almaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Oyun Almaniya yığmasının 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Qol: Şkodran Mustafi, 19 (1:0), 90 Bastian Şvaynştager (2-0)
***
C qrupunun ilk oyununda Polşa millisi Şimali İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib.
Qol: 51 dəq. Arkadiusz Milik (1-0)
***
Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Bu gün D qrupunda bir oyun keçirilib. Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Oyun Xorvatiya yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə topu 41-ci dəqiqədə Luka Modriç vurub.




