AÇ: İsveçrə və Uels qələbə qazandı, İngiltərə Rusiya ilə bərabərə qaldı

avro-2016

B qrupunda İngiltərə və Rusiya milliləri qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Son dəqiqələrə qədər hesabda 1:0 öndə olan ingilislər oyuna əlavə edilmiş ikinci dəqiqədə 3 xalı əldən verib – 1:1.

Qollar: Erik Dayer, 73 (1:0), Qluşakov, 90+2 (1:1)

***

B qrupunda Uels millisi Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. Bununla da Uels millisi Avropa çempionatının final mərhələsindəki debüt oyununda meydanı qalib tərk edib.

Qollar: Qaret Beyl (1-0), Ondrej Duda (1-1), Hal Robson-Kanu (2-1)

***

AÇ-2016-nın bu gün keçirilən Albaniya – İsveçrə oyununda Taulant və Qranit Caka qardaşları üz-üzə gəliblər. Qardaşlardan Qranit İsveçrə, Taulant isə vətəni Albaniya millisinin şərəfini qoruyur.

Lansda baş tutan oyunu Caka qardaşlarının anası da tribunadan izləyib. Xanım Caka stadiona Albaniya və İsveçrə bayrağı əks olunan maykada gəlib.

Matç 1:0 hesabıyla İsveçrənin qələbəsiylə nəticələnib.

Qol: Fabian Schaer