Bolqarıstan təmsilçisi “Eurovision”da türkcə oxuyacaq

Bu ölkəni Bakıda rumın mənşəli Marinova təmsil edəcək

Bakıda ediləcək “Eurovision” musiqi yarışmasında Bolqarıstanı təmsil edəcək müğənni və onun oxuyacağı mahnı məlum olub.
Rumın mənşəli müğənni Sofi Marinovanın səsləndirdiyi “Love Unlimited” (“Sərhədsiz eşq”) adlı mahnı camaatın göndərdiyi mesajlarla Bolqarıstan birinciliyini qazanıb.
Mahnının nəqarət hissəsində Türkiyə türkcəsində sözlər də keçir. Sürətli bir ritmə sahib mahnının nəqarəti türkcə “Sevirəm səni” sözləri ilə başlayır.

 

İnformasiya şöbəsi