Ataxan Abilov
Rövşən və Rüfət Zahidovları mühakimə edirlər. Səbəb onların Qənimət Zahidlə qohum olmalarıdır.
Azərbaycandakı avtoritar rejimin Qənimət Zahidəəli çatmır. O, xaricdə yaşayır və dayanmadan bu rejimin qanunsuz əməllərini ifşa edərək, rəhbərlik etdiyi “Azərbaycan saatı” telelahiyəsi vasitəsilə dünyaya yayır.
Qənimət Zahid hazırda Fransa dövlətinin yurisdiksiyası altında yaşayır. Şübhə yoxdur ki, əgər onun jurnalistik fəaliyyəti qanundan kənar olsaydı, hüquqi dillə desək 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulanlarla üst-üstə düşsəydi, Fransa höküməti dərhal bunun qarşısını alardı.
Rəsmi Bakıla rəsmi Parisin münasibətlərinin neçə sıcaq olması bütün dünyaya bəllidir. Bunun müqabilində Fransa səlahiyyətliləri Qənimət Zahidə “gözün üstə qaşın var” belə demirsə, deməli Qənimət bəyin fəaliyyəti dünyada ümumqəbul edilən ifadə azadlığına tamamilə uyğundur. Yəni Fransada çox gözəl bilirlər ki, Qənimət Zahidin “Azərbaycan Saatı” telelahiyəsindəki dediklərinin hamısı 100% doğru-dürüstdür.
Avtoritar rejim həqiqəti eşitmək istəmir və bu barədə Azərbaycan əhalisinin məlumatlandırılmasını isə özünün mövcüdluğu üçün çox böyük təhlükə hesab edir. Eyni zamanda Azərbaycan rəsmiləri artıq çox gözəl dərk edirlərki, Qənimət Zahidi onun Azərbaycanda yaşayan qohumlarına hansısa təziq və təqiblərlə susdurmaq qeyri-mümkündür. “Azərbaycan Saatı” telelahiyəsinin nələrinsə müqabilində susacağının mümkünsüzlüyü çoxdan məlumdur.
Bəs onda Qənimət Zahidin qohumları üzərində qurulan bu məhkəmə teatrı kimə və nəyə lazımdır?
Mən iki səbəb görürəm. Bunlardan biri digər potensial üsyançılara dərs verməklə bağlıdır. “Aga Nəzərəm, necə istəyirəm, elə də gəzərəm” – deyib, “törətdiyim cinayətləri kimsə mənə xatırlada belə bilməz” kimi avtoritar “polya”sını (sahəni) möhkəmlətməklə bağlı cəmiyyətə xəbərdaredici siqnalar vermək bu tuthatut oyunun əsas səbəblərindən biridir.“Azərbaycan Saatı” xalqımızın şahsevənlik xassəsinin dayaqlarına balta çalır. Xalqımızın mentalitetində onu bu xassəsilə bağlı nə qədər istəyirsiz “aforizimlər”, “bayatılar”, nə bilim “dodaqdəyməzlər” var: ac qulağım, dinc qulağım; camaatın dərdi sənə qalmayıb; başını aşağı sal, bir parça çörəyini qazan; hökümətlə hökümətlik etmək olmaz; əlahəzrət Allahın yerdəki nümayəndəsidir və s. və i.a. “Dövlətçiliyimiz” naminə bunun qabağını almaq üçün ən nadürüst metodlar belə keçərli hesab edilir. Plastilin məhkəmələrimiz isə dünəndən əmrə müntəzirdir.
Gündəlik çörəkləriniəllərinin qabarıyla qazanan, günahsız Rövşən və Rüfət Zahidovların şərlənərək uzun müddətli həbsə göndəriləcəklərinin digər səbəbi isəbirincidən də cılız və düşükdür. Avtoritarlar bu həbslərlə onların qulaqlarını deşən, gecələr yuxularına haram qatan Qənimət Zahiddən intiqam alacaqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu olaysız da dövlətin rıcaqlarını intiqam ehtiyaclarını ödəməkdən dolayı istifadə ilə çoxdan üz-üzədir.
Düşünmürəm ki, cəmiyyətimiz baş verənlərdən hali deyil. Amma onun bütün cizgilərilə ap-aydın görünən bunca ədalətsizliyə susqunluğu çox düşündürücüdür…