Bakı metrosunda fövqəladə vəziyyət

“Sahil” metrosuna giriş-çıxış bağlanıb

Bu gün saat 15 radələrində Bakı Metropoliteninin “Sahil” stansiyasına giriş-çıxış bağlanıb. Lent.az-ın məlumatına görə, qapılar heç bir səbəb bildirilmədən bağlanıb. Metro polisindən Lent.az-a bildiriblər ki, məsələ ilə əlaqədar hər hansı məlumat verə bilməzlər. Metronun qarşısında qəzet satan şəxs isə Lent.az-ın müxbirinə deyib ki, “metro işləmir, nasazlıq yaranıb”.

Stansiyanın qarşısına xeyli sərnişin yığılıb. İnsanlar nə baş verdiyini anlamadıqlarını deyirlər.