«AZADLIQ»ın RƏSƏDXANASI
Qoç
Tətil proqramı qurmaq, ya da fərqli fəaliyyətlərə qatılmaq özünüzü yaxşı hiss etməyinizə səbəb ola bilər, stresinizi azalda bilər. Bu günlərdə imicinizdə bir sıra dəyişikliklər etmək istəyəcəksiniz.
Buğa
Hisslərinizi cilovlamalı olduğunuz bir gündür. Qarşınızdakını daha diqqətli dinləməli və soyuqqanlı davranmalısınız. Potensialınızı göstərmək üçün daha çox çalışmalısınız. Planlı-proqramlı olsanız, daha sürətlə irəliləyərsiniz.
Əkizlər
Yaradıcı tərəfinizi nüayiş etdirə bilsəəniz, həyatınız dəyişər. Təsiredici rəftarınız sizin ən böyük köməkçinizdir. Ətrafınızdakılara dəstək olmağa çalışmanız haqqınızdakı mənfi mühakimələri qıra bilər.
Xərçəng
Bəzi məsələlərin üzərində bir az daha dayanmalısınız. Dəyişikliklər gözlənilir, ancaq nəticələrindən məmnun qalacaqsınız. Parlaq fikirlərinizlə ətrafınızdakıların rəğbətini qazana və əhvalınızı yüksəldə bilərsiniz.
Şir
Çox həssas və küsəyən bir gündür. Tam olaraq nə hiss etdiyinizi açıq göstərməlisiniz. Lakin bir tərəfdən də hirsinizə nəzarət etməlisiniz. Inadkar və inadçı olmanın sizə heç bir faydası yoxdur.
Qız
Sürətli qərar verməyə tələsməyin. Əvvəl ətraflı araşdırma aparın. Sizi şəxsən maraqlandırmayan mövzuların üzərində çox dayanmamalı və əsl işlərinizə diqqət yönəltməlisiniz.
Tərəzi
Imicinizdəki dəyişikliklər ətrafınızın da marağına səbəb olacaq və diqqət mərkəzində olacaqsınız. Daxili dinclik naminə atacağınız bir sıra addımların müsbət nəticələri olacaq.
Əqrəb
Ağlınızdakı fikirləri və ürəyinizdən keçənləri ən yaxınlarınızla belə paylaşmayın. Daha təmkinli olmalı və digərlərinin də bəzi şeyləri dərk etmələrinə şərait yaratmalısınız. Problemli mövzuları öz üsullarınızla həll etməyiniz sizə etibar qazandıracaq .
Oxatan
Təqviminizə sadiq qalmalı və sizin dediklərinizi fərqli yönə çəkməyə çalışanlara qarşı diqqətli olun. Sizin planlardan sui-istifadə etməyə çalışanlar da ola bilər. Yolunuzdan çıxmayın və lazım olan addımları atın.
Oğlaq
Bu günlərdə pulla bağlı mövzular sizi narahat edəcək. Siz digərlərinin hüquqlarını qoruyarkən, bir tərəfdən də fərqli fürsətlər və imkanlar qarşınıza çıxa bilər. Evinizdə etdiyiniz bir sıra tənzimləmələr sizin üçün yaxşı ola bilər, ancaq hər kəsin bunu qəbul edəcəyini gözləməyin.
Dolça
Evdə sizi gözləyən işlərinizə laqeyd yanaşmayın. Başqalarının işlərinə qarışmaq və ya problemlərini həll etməyə çalışmağınız gərginlik yarada bilər. Digər tərəfdən, eşq həyatınızın qayğıya və diqqətə ehtiyacı var.
Balıq
Bu gün diqqətli və fədakar olmalısınız. Beləliklə, ətrafınızdan də dəstək görə bilərsiniz. Əslini bilmədiyiniz mövzularda konkret addımlar atmamalısınız. Daha çox araşdırmalı və müşahidə etməlisiniz.