Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start verilib. Turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gəlib.
“Stad de France” stadionunda keçirilən oyunu Viktor Kaşşainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edib.
Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Fransa – Rumıniya – 2:1
Qol: Olivye Jiru, 57 (1:0), Stanku, 65-pen. (1:1), Dimitri Payet, 89 (2:1)



