Maldivin sabiq prezidenti 15 il həbs cəzası aldı

maldiv kecmish prezidentMaldiv Respublikasının sabiq prezidenti Əhməd Adib hazırkı prezidentə qarşı sui-qəsd törətmə ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum olunub. Adibin prezident Abdulla Yaminin katerində törədilən partlayışda əli olduğu sübuta yetirilib.

O ötən ilin oktyabrında həbs olunub. Bu həftə isə onu həmçinin qanunsuz silah saxladığına görə 10 il azadlıqdan məhrum ediblər.

Abdulla Yaminə sui-qəsd 2015-ci ilin sentyabrında həyata keçirilib. Maldiv Respublikasının başçısı Səudiyyə Ərəbistanından Məkkə ziyarətindən geri döndüyü sürətli katerdə partlayış baş verib. İnsident nəticəsində prezidentin həyat yoldaşı, cangüdəni və köməkçisi yaralanıb.

Yamin 2013-cü ildə Maldiv prezidenti seçilib. O zamandan bəri onun bütün siyasi rəqibləri ölkədən didərgin düşüb və ya həbs edilib. (ANS PRESS)