Keçmiş konsul Murad Ədilovu təbrik etdi

nahid-ceferov1Azərbaycanın Niderlanddakı keçmiş konsulu Nahid Cəfərov siyasi məhbus, AXCP üzvü Murad Ədilovu doğum günü münasibətilə təbrik edib. Murad Ədilovun doğum günü iyunun 9-da olub. Keçmiş konsul yazır:

Dünən Murad Ədilovun doğum günü idi. Təəssüf ki, bunu gec bildim. Murad, biz bir-birimizi tanımırıq, amma sənin qəhrəmanlığına görə mən səni tanıyıram. Bu gün doğum günündür, səni təbrik edirəm və səni doğan ananın əllərindən öpürəm. Nə yaxşı ki, sən doğulmusan, sənin kimi insanlarla eyni bir ölkə vətəndaşlığını paylaşmaq gözəl bir hissdir. Siyasi məhbus hər hansı bir təşkilata və ya partiyaya malik ola bilməz, o şəxs həbsə düşəndə də hər hər hansı bir təşkilatı deyil, Azərbaycan xalqını düşünür və əzab əziyyətə dözür. Sən elə bilmə ki, sənin həbsin heç nəyə təsir etmir. Tam əksinə, sən və sənin kimilər həbsdədir deyə biz yorulmadan çalışırıq. Yorulanda da sizlərdən güc alırıq. Yolun sonuna az qalıb və sənin kimilərə görə gecə-gündüz mübarizə aparmağa dəyər.