Sürücülər deyir ki, yanacaq kəsilib, plan artırılıb, maaşlar verilmir
Bakıda “Baku Taxi Company” şirkətinin işçiləri yaxın günlərdə kütləvi aksiyalara başlayacaq. Səbəb isə “London taksiləri” sürüclərinə yanacağın verilməməsidir. Bu barədə “Yeni Müsavat”a şəhərin mərkəzində fəaliyyət göstərən “London taksiləri” sürcüləri məlumat veriblər. Onların sözlərinə görə Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Baku Taxi Company” bir aydan artıqdır ki, taksilərə verilməli olan yanacağı kəsib. Üstəlik şirkət daha da irəli gedərək işçilərin maaşını dörd aydır ki, vermir. Qəzəbli sürcülər deyir ki, bəzi taksi sürcüləri gündəlik planı verməyə çətinlik çəkəndə onların hesabına borc yazılır: “Maşınlara verilməli olan yanacağı ayrı-ayrı marşurut avtobuslarına gizli şəkildə satırlar. Üsətlik plan 40 manata yüksəlib. Elə sürücü var ki, 3-4 aydır bir qəpik belə maaş ala bilmir. Mərkəzi dispeçerdə oturan bəzi işbaz sürcülərlə anlaşaraq sifarişlərə ancaq öz adamlarını yollayırlar. Adını da qoyurlar ki, guya müştəri ancaq bu sürcünü istəyir. Halbu ki, maşınlarımız eynidir, müxtəlif deyil ki, müştəri nəsə komfort axtarsın”.
“London taksiləri” sürcüləri deyir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə və “Baku Taxi Company”ya məlumat veriblər. Amma, hər iki qrumdan sürücülərə cavab gəlib ki, belə şey ola bilməz. Sürücülər deyir ki, yanaranmış problemlə bağlı narazı sürcülər Nəqliyyat Nazirliyi qarşısında kütləvi aksiya keçirəcəklər: “Əgər bizim haqlarımız bərpa olunmasa işimizdən imtina edərək maşınlarımızı nazirliyin qarşısına buraxıb gedəcəyik”.
Məsələ ilə bağlı dünən “Baku Taxi Company” şirkətinə zəng vurduq lakin qurum sualımızı cavabsız qoydu.


