İranda sosial şəbəkələrə qadağa qoyuldu

Cümə günü İranda parlament seçkiləri keçiriləcək. Seçki öncəsi internetdə sosial şəbəkə saytlarına girişə qadağa qoyulub. Qadağa tədbiri seçkidən sonra rejim ələheydarlarının xəbərləşməsinin qarşısını almağa hesablanıb. “Amnesty İnternationalın” verdiyi məlumata görə nəzarət məqsədilə  internet kafelərə yüzlərlə polis təhkim edilib.
“Facebook nəsli” kimi bilinən 30 yaşınadək gənclər seçkidən ümidsizdirlər. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi ev həbsində olduqlarından əsas rəqabət mühafizəkarlar arasında gedəcək. Parlament seçkiləri prezident Əhmədinejat və dini lider Xamneyi arasındakı güc balansını müəyyən edəcək.

azadlıq.info