Bakının mərkəzində daha bir yaşıllıq məhv edildi

“28 may” metrostansiyasının arxasındakı parkda ağacları qırdılar

Bakının mərkəzindəki  (Nəsimi rayonu Süleyman Rəhimov küçəsi, “28 may” metrostansiyasının arxası) yaşıllıq gecə ilə qılıraraq məhv edilib. Kəsilən ağacların sayı 45-50 civarındadır.  Onların heç biri çürük, təhlükəli olmayıb. Hazırda yaşıllığın yerində cəmi 3 şam ağacı və bir neçə kol bitkisi qalıb. Qırılan ağaclar gecə ilə harasa daşınıb.
Sakinlərin məlumatına görə, yaşıllıqları Nəsimi rayon İcra Hakimiyyətinə tabe olan insanlar qırıb. Onların izahı belə olub ki, park müasir standartlara uyğun yenidən qurulacaq və burada Macarstnanın hansısa görkəmli şəsiyyətinin heykəli qoyulacaq. Qoyulacaq heykələ və yeni salınacaq parka sağlam və ətrafı kölgələndirən ağacların hansı maneə törətdiyi sualı isə açıq qalır. Görünür, yaşlı ağaclar tamet döşəmələr kimi “yenidənqurma” işi görənlərin cibinə pul gətirə bilmədiyindən onları “qurban vermək “lazım gəlib.

Natiq