Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Gün.Az xəbər verir ki, buna səbəb Azərbaycanın İsraildən 1,6 milyard dollar həcmində silah alması xəbəri olub. İran XİN Azərbaycanın səfirindən bununla bağlı izahat tələb edib.
Qərb mətbuatının məlumatına əsasən, səfir qeyd edib ki, İsraildən silah alınması İrana qarşı yönəlməyib və Azərbaycanın işğal olunan ərazilərinin azad olunması üçündür.


