Sarkozi yenidən “erməni qanunu” hazırlamağa göstəriş verdi

Fransa Konstitusiya Şurası “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etdikdən sonra ölkə prezidenti Nikolya Sarkozi yenidən oxşar təşəbbüslə çıxış edib. O, əvvəlcədən vəd etdiyi kimi, yeni “erməni qanunu” layihəsi hazırlamaq üçün hökumətə tapşırıq verib.
Türkiyə mediası yazır ki, Sarkozinin bu təşəbbüsünün hər hansı nəticə verəcəyi gözlənilən deyil. Məsələ burasındadır ki, Fransa prezident seçkilərinə girir və buna görə ölkə parlamenti mart ayında fəaliyyətini dayandıracaq. Aprel və may ayında isə iki turdan ibarət prezident seçkiləri keçiriləcək.
Prezident seçkilərinin ardından isə parlament seçkilərinə start veriləcək. Yeni parlamentin ilk toplantısı sentyabrda olacaq.

azadlıq.info