Ukraynada keçmiş nazir həbs olundu

Yuri Lutsenko dövlət əmlakını mənimsədiyinə görə 4 il azadlıqdan məhrum edildi

Ukraynanın sabiq daxili işlər naziri Yuri Lutsenko həbs olunub. Kiyevin Peçorsk rayon məhkəməsi ötən gün eks nazirin 4 il azdlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Keçmiş nazir şübhəli şəxs qismində 2010-cu ilin sonunda saxlanılmışdı. Ölkənin Baş Prokurorluğu Lutsenkoya qarşı
dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi açmışdı.

Eks nazir bunlarla yanaşı şəxsi sürücüsünü Daxil İşlər Nazirliyində qanunsuz işə götürməkdə, ona verilən mənzillə və təqaüdün hesablanması ilə bağlı şərtləri pozmaqda da günahlandırılırdı. İstintaqın materiallarında görə, Yuri Lutsenko dövlətə 1 milyon qrivna (125 min ABŞ dolları) dəyərində ziyan vurub.

İnformasiya şöbəsi