Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçildi

Yıldırım Dəmirörən 221 səslə bu posta yiyələnib

Türkiyə Futbol Federasiyasına yeni prezident seçilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu posta Yıldırım Dəmirörən seçilib.

Ata Aksunun namizədliyini geri götürməsindən sonra tək namizəd olaraq mübarizə aparan Yıldırım Dəmirörən 229 mümkün səsdən 221-ni toplayaraq Türkiyə Futbol Federasiyasının sayca 41-ci prezidenti kimi tarixə düşüb.