Hələb bombardman edilib, azı 8 nəfər ölüb

helebSuriyanın Hələb şəhəri Rusiya ordusuna aid qırıcı təyyarələrin bombardmanına məruz qalıb.

Şəhərin müxalifətin nəzarətində olan Sahur ərazisində baş verən bombardman nəticəsində azı 8 dinc sakin həlak olub. Onlarla dinc sakin yaralanıb.

Suriyadan Türkiyəyə hücum hazırlığında olan İŞİD-in hədəflərinə isə Türkiyə ordusu zərbələr endirib. Türkiyənin hava hücumları nəticəsində 14 terrorçu öldürülüb. (azadliq.org)