Gömrük Komitəsinin əməkdaşı bıçaqlandı

Bakıda Gömrük Komitəsinin əməkdaşı bıçaqlanıb. Nəsimi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qanlı hadisə bu saatlarda Nəsimi rayonunda, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında baş verib.

Öz avtomobuili ilə hərəkət edən 23 yaşlı Seymur Mirzəyevin başqa avtomobilin sürücüsü ilə bir-birinə yol verməmək üstündə mübahisəsi düşüb. Bu zaman həmin sürücü maşından düşərək S.Mirzəyevə bıçaqla xəsarət yetirib və maşınına əyləşərək oradan uzaqlaşıb. S.Mirzəyev isə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı polis araşdırma aparır. Ətraflı məlumat veriləcək.