Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Vətəndaş Həmrəyliyi aksiya ilə bağlı forum keçirdi
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Vətəndaş Həmrəyliyi (GHMK) partiyası qərərgahının akt zalında gənclərin “Gələcək naminə” adlı forumunu keçirib. Dünən keçirilən tədbirdə siyasi partiyaların gənclər təşkilatları, digər gənclər qurumları, hüquq müdafiəçiləri və müstəqil gənclər iştirak edib. Forumun məqsədi GHMK-nın martın 4-nə təyin etdiyi mitinqə hazırlıq və mitinqin məqsədlərinin müzkirə olunmasından ibarət olub.
Xatırladaq ki, GHMK ölkənin əraziÿbütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçirməklə bağlı Bakı Şəhər Icra Hakimiyyətininÿbaşçısı Hacıbala Abutalıbova müraciət edib.
Tədbir Xocalı faciəsi qurbanlarının yad edilməsi və dövlət himnin səsləndirilməsi ilə başlayıb. GHMK-nın Idarə Heyətinin üzvü Aygün Pəncəliyeva tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlıya verib. Komitə sədri 4 mart mitinqinin ölkədəki gələcək siyasi-ictimai proseslərin taleyinə təsir göstərəcəyini bildirib: “Biz zəruri bildik ki, hökumətin nə cavab verməsindən asılı olmayaraq mitinqə qədər öz hazırlıq işlərimizi yüksək səviyyədə davam etdirək və bu tipli ictimai müzakirələrin keçirilməsini təşkil edək. Bizim toplaşmaq azadlığımız 2005-ci ildən məhdudlaşdırılır. Biz polislə qarşıdurma olmadan və Azərbaycan gəncliyinin fəallarının iştirakı ilə bir aksiya keçirmək istəyirik. Bizim üçün 4 mart mitinqi mənəvi dəyər məsələsidir. Indiyə qədər öz dəyərlərimizə nə qədər hörmət tələb etmişiksə, toplaşmaq azadlığımıza da o qədər hörmət tələb edirik”.
VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli də GHMK-nın mitinqə hazırlıq barədə danışıb: “Mitinqin şəhərin mərkəzi meydanlarından birində keçirilməsini istəyirik və bunun üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etmişik. Onlar bizim müraciətimizə heç bir reaksiya vermədikləri üçün bir neçə dəfə görüşmək və telefonla əlaqə saxlamğa çalışmışıq. Xalqımız 1992-ci ildən bu vaxta qədər susub. Amma gənclik bundan sonra susa bilməz”.
Yazar Şahvələd Çobanoğlu gənclərin keçirdiyi mitinqi dəstəklədiyini bildirib: “Mən sizə təşəkkür edirəm ki, hər hansı tədbirin keçirilməsinə çalışırsınız, boş dayanmırsınız. Bizim də eyni yaş dövrümüz təxminən belə keçib. Biz də sizin kimi problemləri həll etməyə çalışmışıq. Bizim də məqsədimiz ölkəyə sahib çıxmaq idi. Mən gənclərə mətbuat vasitəsilə müraciət etmişəm ki, çox sağ olun ki, Azərbaycana sahib çıxmaq istəyirsiniz”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Institutunun rəhbəri Anar Məmmədli gənclərin mitinqində iştirak edəcəyini bildirib: “Biz sizin işinizi qiymətləndiririk və keçirəcəyiniz aksiyada iştirak edəcəyik”.
Daha sonra Sülh və Demokratiya Institunun rəhbəri Leyla Yunus, Azad iqtisadiyyata yardım cəmiyyətinin rəhbəri Zöhrab Ismayıl və GHMK-nın digər üzvləri çıxış edərək təklif və fikirlərini bildiriblər.
Islam Şıxəli


