Alman baş redaktordan Bundestaqa etiraz: “Bu, lovğalıq və həddini aşmaqdır!”

dv-başredaktor-kudaseffDeutsche Welle-nin şefi «erməni soyqırımı»nı tanıyan  qətnaməni sərt tənqid etdi

Almaniyanın aparıcı “DW” (Deutsche Welle – Alman Dalğası) media holdinqinin baş redaktoru Aleksander Kudaşeff “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edən Bundestaqı sərt tənqid edib.

Kudaşeff qətnamənin qəbulunu yanlış addım adlandırıb: «Sual yaranır – Bundestaq bunu niyə etdi? Alman təkəbbürünü çıxsaq, bunun üçün hansısa başqa səbəblər vardımı? Xeyr, heç bir real səbəb yox idi».

Kudaşeff hesab edir ki, Bundestaq bütün almanların adından belə bir qərar verməməli idi. Eyni zamanda, türklərin, Türkiyə siyasətinin üzərinə düşən vəzifəni üstlənməmli idi: «Bu, Almaniya Bundestaqının müzakirə edəcəyi məsələ deyil. Türklər tarixlə, keçmişləri ilə özləri hesablaşmalıdırlar. Almaniya parlamentinin bu addımı təkcə təkəbbür deyil, həm də lovğalıqdır. Başqa ölkənin daxili işlərinə müdaxilədir, həddi aşmaqdır”.

Baş redaktor deyir ki, söhbət, əxlaqi yox, Almaniyanın yanaşmasından gedir: «Söhbət həm də almanların İkinci dünya müharibəsi, xüsusilə də Avropa yəhudilərinin kütləvi qətli ilə yadda qalan keçmişlərinə baxışından gedir. Almaniyanın bununla hesablaşması bir çoxları üçün nümunə ola bilər. Lakin keçmişdə baş verənləri xəta kimi qəbul etmək almanların daxili işidir. Əgər Türkiyədən də eynisini gözləyirlərsə, bunu alman tarixçiləri, siyasilər, mütəxəssislər, xüsusilə də alman-türk ekspertlər dünyanın bütün tribunalarında tələb kimi qoymalıdılar. Almaniya Bundestaqı bunun ediləcəyi yer deyil. Belə çıxır ki, stalinizmi, maoizmi, Vyetnam savaşını da Budestaqda qınayacaqsız?!

Bu, müştəbeh, ən pisi də nəticə verməyəcək bir yanaşmadır. Diplomatiya dövlətlərin bir-birilə axıcı olan və bu xətti davam etdirməyi bəyan edən münasibətləridir. Nə bundan artıq, nə də əskik».

Bu, siyasilərin yox, tarixçilərin işidir”

Çexiyanın mədəniyyət naziri Daniel Qerman da Bundestaqın qərarını şərh edərkən qeyd edib ki, tarixin çətin səhifələrini açmaqdan qorxmaq lazım deyil. Lakin onun fikrincə, hadisələrin köhnəliyi nəzərə alınmaqla, bu məsələlərlə siyasətçilər yox, tarixçilər məşğul olmalıdır. Çexiya rəsmi olaraq erməni genosidini tanımayıb. Amma erməni KIV-ləri xəbər yayıblar ki, Ermənistan prezidenti Serj Sarkisyanın 2014-cü ildə Praqaya səfəri zamanı ölkə prezidenti Miloş Zeman guya ermənilərin kütləvi öldürülməsini “genosid” adlandırıb. Lakin Çexiya prezidentinin dəftərxanası dərhal bildirib ki, bu, Miloş Zemanın şəxsi fikridir, dövlətin mövqeyi deyil.

Der Spiegel” jurnalının Berlin bürosunun redaktor müavini Kristian Hoffman BBC-yə açıqlamasında Almaniya hökumətinin bu addımın doğruluğuna şübhə ilə yanaşdığını düşünür: “Demək olar ki bütün parlamentin bu qətnaməyə səs verməsinə baxmayaraq, hökumət bu addımın düzgünlüyü ilə bağlı şübhə ifadə edib. Kansler Angela Merkelin özü, xarici işlər naziri Frank-Valter Ştaynmaer və vitse-kansler bu səsvermədə məqsədli şəkildə iştirak etməyiblər. Frank-Valter Ştaynmeri çıxmaq şərtilə onlar deyiblər ki, qətnaməni dəstəkləyirlər. Lakin səsvermədə iştirak etməməklə bu qətnamənin Almaniya-Türkiyə münasibətlərinə vura biləcəyi siyasi ziyanı azaltmağa çalışıblar”.

Qətnamənin əleyhinəyəm”

Hoffman deyir ki, hüquqi nöqteyi-nəzərdən burada müxtəlif səviyyələr var: “Siyasi, mənəvi və tarixi səviyyələr. Hüquqi səviyyədə bu mübahisəli məsələdir. Çünki soyqırım sözü beynəlxalq hüquqa yalnız Ikinci dünya müharibəsindən sonra daxil edilib. Bundan əvvəlki hadisələrə bu hüququ tətbiq etmək çətindir. Burda müəyyən aydınlıq yoxdur. Şəxsən mən belə bir qətnamənin əleyhinəyəm. Bu qətnaməni türkləri və erməniləri barışdıracaq vasitə kimi görmürəm. Bəlkə də hansısa diplomatik, mədəni vasitələrlə köməklik etmək olardı. Amma mən bu qətnamədə mənfəət görmürəm”.

Miqrant sazişi pozulmayacaq”

Hoffman son hadisəsinin Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant sazişini pozmayacağını düşünür: “Türkiyə ilə bağlanmış miqrant sazişi düzgün addım idi. Eyni sözləri Türkiyənin Avropa Birliyinə üzvlüyü və bu xüsusda vizasız gediş-gəliş barədə danışqılara da şamil etmək olar. Bu danışqılar pozulmayıb, onları oktyabradək təxirə salıblar. Bunu Ərdoğan özü də deyib. Bu danışqlar iyulda bitməliydi. Amma Ərdoğan bildirib ki, oktyabradək gözləmək olar. Yəni o özü tərəfdən təzyiqi azaldıb. Bu göstərir ki, Ərdoğan razılaşmaların marağındadır”.

Xatırladaq ki, iyunun 2-də Almaniya parlamentində 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsi səsverməyəÿ çıxarılıb. Demək olar ki, bütün deputatlar qətnamənin lehinə ÿsəs veriblər. Cəmi 1 deputat sənədin ÿəleyhinə səs verib, 1 deputat da bitərəf qalıb.

5 səhifəlik sənəd 1915-1916-cı illərdə ÿermənilər vəÿ digər xristian azlıqların soyqırımına məruz qalmasını anmağa çağırır. Ermənistan həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir. Ankara isə ÿötən ÿəsrin ÿəvvəlindəÿ – Osmanlı Imperiyası zamanında baş verən hadisələri soyqırımı kimi qəbul etmir. Və rəqəmlərin şişirdildiyini, həmin vaxt hər iki tərəfdən xeyli sayda ölənlərin olduğunu bildirir.

Türkiyəÿ hökuməti Almaniya parlamentinin bu qərarını tanımayacağını bildirib. Və bu ölkədən səfirini geri çağırıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Bundestaqın bu qərarı Almaniya-Türkiyə münasibətlərinəÿ ciddi təsir göstərəcək.