Cahangir Hacıyevin həbs müddəti artırılıb

cahangir-haciyevBeynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Bu barədə vəkil Aqil Layıcov məlumat verib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C.Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.