Sarkozi “erməni genosidi” haqda mahnını seçki musiqisi seçdi

Fransa prezidenti Nikolya Sarkozi öz seçki kampaniyasındakı mahnılar siyahısına qondarma “erməni soyqırımı” barədə musiqi də daxil edib. Lent.az-ın məlumatına görə, “Onlar ölüblər” adlı musiqinin bəstəkarı erməni əsilli fransız Şarl Aznavurdur.

Seçkiqabağı kampaniya dövründə bu mahnı da səsləndiriləcək. Sarkozi musiqi siyahısına daxil etdiyi daha bir musiqi həyat yoldaşı Karla Bruninin ifasında “Vurğun” (“LAmoureuse”) adlı mahnıdır.

Qeyd edək ki, Fransa prezidentliyi uğrunda mübarizədə Nikolya Sarkozinin rəqibi Fransua Ollanddır. Hər iki namizəd seçkiqabağı kampaniya dövründə səsləndiriləcək mahnıların siyahısını açıqlayıb. Əsasən, siyahıya Fransa populyar musiqi nümunələri düşüb. Lakin analitiklər hesab edirlər ki, mahnı seçimi namizədin şəxsiyyətinə və niyyəti barədə çox şey deyə bilər.