Tələbələrə töhmət yazan dekanın özünə töhmət veriləcək

“Biz bu olayla bağlı dərhal araşdırma apardıq. Dekanın bu hərəkəti qanunsuzdur və ona töhmət veriləcək”.  Bu sözləri Gununsesi.info-ya açıqlamasında Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov adıçəkilən təhsil ocağının YAP-ın iclasına getməyən tələbələrinə töhmət verilməsi barədə fakta münasibət bildirərkən söyləyib. Rektor bildirib ki, dekanın bu əməli sadəcə tələbləri məsuliyyətli olmağa dəvət məqsədi ilə edilsə də, qanunsuzdur: “Dekana töhmət veriləcək. Divara vurulan o kağızın da hüquqi statusu yoxdur”.

Rektor tələbələrin YAP-a zorla yazdırılmadığını da deyib: “İndi hansı dövrdür ki, insanları zorla partiyaya qoşasan”.

Dünyamın Yunusov onu da bildirib ki, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da baş verənlərin araşdırılmasını istəyib: “Məlahət xanım da bu məsələdən narahat oldu”.