ulduz fali

Günün ulduz falı (25.02.12)

QOÇ
Romantik münasibətlərin möhkəmləndirilməsi, görüşlər keçirmək üçün əlverişli gündür. Bürcün bəzi nümayəndələri həvəslə ev işlərilə məşğul olacaqlar. Bu gün ayaqqabı, paltar, aksesuarlar, həmçinin zərgərlik məmulatları ala bilərsiniz.
BUĞA
Sizi narahat edən məsələlərə aydınlıq gətirəcəksiniz, bir sıra yarımçıq qalmış işlərinizi başa çatdıracaqsınız. Bu gün dərindən təmir işlərinin görülməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatının həyata keçirilməsi, mebel almaq məsləhət deyil. Təhsiliniz üçün pul xərcləməli olacaqsınız.
ƏKIZLƏR
Çətin günlərinizdən birini yaşayacaqsınız. Gah işdə nələrsə yadınızdan çıxacaq, gah da böyük problemə gətirib çıxara bilən xırda anlaşılmazlıq baş verəcək. Müttəfiqlərinizlə də işləriniz düz gətirməyəcək. Qarşı tərəf gah yardım əlini uzatmaqla, gah da kömək etməkdən boyun qaçırmaqla münasibətləri gərginləşdirəcək.
XƏRÇƏNG
Günün müsbət tərəfləri az deyil. Siz əlinizə bir iş götürən kimi köməkçilər peyda olacaq. Sizə yalnız işi həvalə etmək qalır. Həyata keçirilməsi labüd olan ideyalarınız olacaq. Günün maliyyə mənzərəsi də əla olacaq.
ŞIR
Uğurlu gündür. Günün birinci yarısı çoxdankı arzunuzun həyata keçməsilə sizi sevindirəcək. Maraqlı görüşlər də gözlənilir. Gün daha çox sevən “Şir”ləri sevindirəcək. Bu nümayəndələr qarşı tərəfin onları yaxşı anlamasından həzz alacaqlar. Istər uşaqlarla, istərsə də yaşlılarla yaxşı dil tapacaqsınız.
QIZ
Özünüzü sakit və güvənli hiss edəcəksiniz. Maraqlı ideyalarınız olacaq. Bürcün əksər nümayəndələri maddi vəziyyətlərini necə yaxşılaşdırmağın yollarını tapacaqlar və bu istiqamətdə hərəkətə keçəcəklər. Gün ekskursiya, romantik gəzinti üçün münasibdir.
TƏRƏZI
Sakit və xoş gün yaşayacaqsınız. Siz həyatınızda baş verəcək dəyişikliklərə hazır olacaqsınız. Ailə üzvlərinizlə aranızda fikir ayrılığı olacaq, ancaq siz yenə də zarafat etməklə konfliktin qarşısını ala biləcəksiniz. Alış-veriş üçün əlverişli gün deyil.
ƏQRƏB
Bu gün ulduzlar bütün istiqamətlərdə sizin tərəfinizdə olacaqlar. O üzdən də uğur qazanmaq şansınızı vacib işlər üzərində sınaqdan çıxarmağınız məsləhətdir. Istənilən görüş üçün münasib gündür. Romantik münasibətdə əsaslı dəyişikilk gözlənilir.
OXATAN
Səhər tezdən situasiya sizin xoşunuza gəlməsə də, günortadan etibarən vəziyyət dəyişəcək, əhvalınız yaxşılaşacaq və bir sözlə, uzun müddət gözlədiyiniz dəyişiklik baş tutacaq. Ulduzlar xəbərdarlıq edir ki, kiminlə gəldi tanış olmayın.
OĞLAQ
Gün xoş sürpriz gətirəcək. Bunu heç gözləmədiyinizi etiraf edin. Yaradıcılıq tələb edən istənilən başlanğıc üçün əlverişli gündür. Siz sevdiklərinizi sevindirməyə tələsirsiniz və bu, sizdə alınacaq.
DOLÇA
Son zamanlar sizi narahat edən məsələlərə cavab tapacaqsınız. Xoşbəxtlikdən onların cavabı sizin ürəyinizdən xəbər verəcək. Uğurlu alış-veriş gözlənilir. Həmçinin gəlirinizin olacağı da istisna deyil. Əhvalınız da yaxşı olacaq. Özünüzü hər yerdə arzuedilən qonaq kimi hiss edəcəksiniz.
BALIQLAR
Işlərinizi tamamlamaq üçün kömək istəyəcəksiniz. Əgər bu gün yola çıxmağa hazırlaşırsınızsa, onda bu yolçuluğunuz yorucu və gərgin keçəcək. Ailədə münasibətlər də sabit olmayacaq. Özünüz də bu xoşagəlməz dəyişikliyin səbəbini tapa bilməyəcəkəsiniz.