Azərbaycan ərazisində aparılan qazlaşdırma tədbirlərinin icrası ilə əlaqədar Mərkəzi Bankdan 472 mln. manat həcmində cəlb edilən vəsait istifadə olunub.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
S.Qasımov qeyd edib ki, milli valyutanın devalvasiyası ilə əlaqədar 198 mln. manat həcmində əlavə kreditləşmə üçün Nazirlər Kabinetinə müraciət edilib:
“Bu vəsait ya Mərkəzi Bankdan, ya da Azərbaycan Beynəlxalq Bankından cəlb ediləcək”.
(report)