İranla uran alveri edən məmur kim olub?

ABŞ-ın kəşfiyyat zabiti mütəşəkkil dəstəni ifşa edib

2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Irana nüvə yanacağı keçirən dəstə ifşa edilib. Lakin həmin dəstədən yalnız bir nəfər həbs olunub. Bu şəxs 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev Ibrahim Hüseyn oğludur.
Bu işlə bağlı istintaqı aparan MTN-in dəstənin digər üzvlərini niyə məsuliyyətdən kənarda saxlaması bəlli deyil. Məlumatda deyilir ki, dəstə üzvləri Dövlət Gömrük Komitəsinin əməkdaşları olub. Nüvə yanacağı Iran ərazisinə Qazax rayonunun “Sınıq körpü” keçid məntəqəsinin ərazisindən keçirililrmiş. Bu məsələdən ABŞ kəşfiyyat orqanları xəbər tutub və dərhal Ilham Əliyevdən izahat istənilib.
Ilham Əliyev məsələ ilə maraqlandıqda isə yerli hüquq-mühafizə orqanları məlumatın yalan olduğunu iddia edib. Bu halda ABŞ-ın kəşfiyyat zabitlərindən biri Bakıya gəlib və Azərbaycan-Iran sərhədində “Uran” alverinin getdiyini faktlarla sübuta yetirib. Məhz bundan sonra MTN əməliyyata başlayıb və gömrükdəki həmin dəstə ələ keçib. Lakin qeyd edildiyi kimi dəstənin bütün üzvləri məsuliyyətə cəlb olunmayıb. Bu dəstənin yüksək səviyyəli məmurlardan biri tərəfindən himayə olunması ilə izah edilir. Həmin məmurun kimliyi hələlik bizə bəlli deyil.
Bu iş istintaqdan gizli saxlanılıb. Hətta Ibrahim Tanrıverdiyevin məhkəmə prosesi qapalı keçirilib.

Ərşad