Moody’s bank sistemini mənfi proqnozda saxladı

moodesBeynəlxalq kredit reytinqi agentliyi Moody’s, növbəti 12-18 ay üçün Azərbaycanın bank sisteminin proqnozunu “neqativ”də (mənfi) saxlayıb.

Agentlikdən “Marja”ya daxil olmuş məlumata görə, Agentlik, neftin qiymətinin aşağı olması və valyuta gəlirlərinin aşağı düşməsi fonunda Azərbaycanın bank sistemini “mənfi” proqnozda saxlayır.

Moody’s bildirir ki, bank sektoru ən azı 2016-cı ilin sonuna qədər devalvasiya depressiyasında qalacaqdır.

“Ötən il ərzində yerli valyutanın devalvasiyaları nəticəsində çətin əməliyyat mühiti yaranıb, banklarının aktivlərinin keyfiyyəti, gəlirləri, kapitalı daha da pisləşib” – Moody’s.-ın vitse-prezidentinin köməkçisi Mariya Malyukova deyir.

CƏMİ KREDİTLƏRİN 20%-İ PEOBLEMLİ OLACAQ

“Biz Azərbaycanda bank sistemində problemli kreditlərin daha da artacağını gözləyirik. 2015-cı ilin Dekabr ayının sonunda 16% olan problemli kreditlər, 2016-ci ilin sonuda təxminən 20%-ə çıxacaqdır”,- Mariya Malyukova bildirib.

Moody’s-un proqnozuna görə, 2016-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3,3% azalacaq.