…Amma zərgərə satarkən ələ keçdi
38 yaşlı azərbaycanlı qadın Çeçenistanın Urus-Martan rayonunda külli-miqdarda bəzək əşaysını oğulayarkən ələ keçib. Bu barədə Çeçenistan DİN-i məlumat yayıb. Məlumatda deyilir ki, şəhərin Sovetski küçəsindəki evlərin birinə girən A.T, orda heç kimin olmadığını görüb evi ələk-vələk edib.
Evin içindəki saxlanc yerlərinindən birinin qıfılını sındıran qadın ordan kuli-miqdarda qızıl əşyası tapıb.
Amma qadın uzağa gedə bilməyib. Yerli polis həmin əşyalrı zərgərlik mağazalarından birində satarkən onu ələ keçiriblər.
Ümumiyyətlə qadının üzərində 1 000 000 rubla yaxın pul tapılıb. Bu da həmin oğurlanmış qızılıraı pulu imiş.
Hazırda onun haqqında cinayt işi qaldırılıb.


