BMT-nin sabiq baş katibi Kofi Annan qurumun Suriya xüsusi nümayəndəliyinə təyin olundu. BBC-nin yaydığı məlumata görə, Annan Ərəb Liqasını da təmsil edəcək. BBC-nin BMT müxbiri bildirir ki, qurum rəsmiləri Suriyada diplomatik mühiti qorumaq üçün Kofi Annanı bu vəzifəyə təyin etdiklərini deyib.
Qeyd edək ki, bu gün Qərb və ərəb ölkələri nümayəndələrinin Tunisdə toplantısı keçiriləcək. Toplantıda insidentin ən çox təsir göstərdiyi yerlərə humanitar yardımların çatdırılması üçün atəşkəs elanının tələb edilməsi gözlənilir.


