Bu gecə Bakıda yanğın hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də saat 01:30 radələrində Sabunçu rayonunda yaşayan İlyas Məmmədəliyevə məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.
Faktla əlaqədar araşdırma aparılır.
Sabunçu sakini evqarışıq yanıb öldü
•


