İran hakerləri AzTV-nin saytını vurdular

Fevralın 23-də təxminən saat 00.15 radələrində Azərbaycan Dövlət Televiziyasının rəsmi saytı olan aztv.az haker hücumuna məruz qalıb. Saytın ana səhifəsində “Life is game. Game over” sözləri yazılıb və hücumun İranian Cyber Army tərəfindən həyata keçirildiyinə dair qeyd olub.

Sayt fəaliyyətini elə dünən gecə bərpa edib və hazırda işləyir.

Xatırladaq ki, bir neçə həftə öncə Azərbaycanın 30-dan çox dövlət saytına müxtəlif hakerlər tərəfindən hücum olmuşdur.