Fransadakı səfirliyimizdən Xədicə İsmayılın ad gününə qaba reaksiya VİDEO

Screen Shot 2016-05-27 at 8.07.30 PMMayın 27-də araşdırmaçı jurnalist, yenicə həbsdən azad edilmiş Xədicə ismayılın ad günü dünyanın bir sıra paytaxtlarında olduğu kimi, Parisdə də qeyd olunub. Tədbiri Azərbaycan səfirliyinin qarşısında Sərhədsiz Reportyorlar təşkil edib. Aksiya Xədicə İsmayıla və Azərbaycanın hələ də həbsdə saxlanılan digər siyasi məhbuslarına dəstəklə yanaşı, səfirlik əməkdaşlarından birinin qaba hərəkəti ilə də yaddaşlara köçüb. Belə ki, səfirliyin işçisi aksiyanın acnəbi iştirakçılarından birinin əlindən üzərində Xədicə İsmayıla ad gününü təbrik yazılmış plakatı qabalıqla alaraq yarasız hala salıb. Sonra isə səfirliyin pəncərəsinə bərkidilən şarları qopararaq atıb. Bununla belə aksiya uğurla başa çatdırılıb.