Rusiyanın qızıl və valyuta ehtiyatları azalıb

qizilRusiyanın qızıl və valyuta ehtiyatları bir həftədə 2,6 milyard dollar azalıb.

Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamaya görə, bir əvvəlki həftə 390,9 milyard dollar olan ehtiyatlar 388,3 milyard dollara geriləyib.

Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497.4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-ci ilin sonunda 508,5 milyard dollar, 2014-ci ilin sonunda 388,5 milyard dollar, 2015-ci ilin sonunda 368,0 milyard dollar səviyyəsində idi. (marja.az)