ABŞ-ın 20 min metrdən SMS “oxuyan” təyyarələri…

Möcüzə “pilotsuzlar” Almaniya səmasını qoruyacaq

Alman jurnalı “Şpigel”in məlumatına görə ABŞ Almaniyada 331 pilotsuz təyyarədən ibarət hava donanması yaradacaq. Almaniya səmasını bu təyyarələr qoruyacaq. Pilotsuz təyyarələrdən terror təhlükəsinin, meşə yanğınlarının qarşısının alınmasında istifadə olunacaq. “Euro Hawk” adlı bu cihazlar  20 min metr hündürlükdən yerdəki telefonda SMS-i “oxumaq” qabiliyyətinə malikdir. Həmçinin onun sayəsində yerdə danışılan telefon söhbətlərinə qulaq asmaq mümükündür. Təyyarlər 20 km yüksəklikdə televizor və radio tezliklərini də vura bilir.
 Amerika prezidenti Barak Obama insansız hava cihazlarının inkişafına gələcəkdə daha böyük sərmayələr qoyulacağını bildirmişdi.  Artıq Fransa da ABŞ-la belə bir ortaq layihə həyata keçirməyi planlaşdırır.

İnformasiya şöbəsi