Uqo Çaves yenidən əməliyyat olunacaq

Venesuela prezidentində yeni şiş aşkarlanıb

Venesuela prezidenti Uqo Çaves yenidən əməliyyat olunacaq. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, Uqo Çaves xərçəngdən müalicəsinin davam etdiriləcəyini təsdiqləyib. O, bu bəyanatı Kubadakı klinikalardan birində aparılan müayinə zamanı yeni şişin aşkarlanmasından sonra verib.

Uqo Çaves venesuelalıları əmin edib ki, aşkarlanan şişlər böyük deyil və tezliklə cərrahlar tərəfindən kəsiləcəklər. O, əməliyyat zamanı qısamüddətli məzuniyyətə çıxmalı olacağını da bildirib.

Xatıoladaq ki, ötən ilin iyununda Kubada Uqo Çaves üzərində bədxassəli şişin kəsilməsi əməliyyatı keçirilib. Bundan sonra dörd ay ərzində Venesuela prezidenti dörd kimya terapiyası kursu keçib. Səhhətindəki problemlərə baxmayaraq, ötən yay Uqo Çaves bəyan edib ki, 2012-ci ilin prezident seçkilərində növbəti altı il üçün yenidən dövlət başçısı seçilmək niyyətindədir. Ötən ilin noyabrında isə Venesuela prezidenti bildirdi ki, xərçəngə qalib gəlib və tam sağalıb.