ABŞ Bəşər Əsəd rejiminə qarşı “əlavə tədbirlər”i nəzərdən keçirir
Suriya müxalifəti də Qərbdən hərbi müdaxilə tələb etdi
Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejimi Homs və İdlib şəhərlərinə yönəlik hərbi əməliyatları daha da gücləndirib. Şəhərlərin hava və qurudan atəşə tutulması nəticəsində azı 100 nəfərin həlak olduğu deyilir. Təhlükəsizlik qüvvələrinin öldürdüyü dinc sakinlər arasında 10 uşaq, 3 qadın, eləcə də, müxalifət təşkilatlarının fəalları var. Əsədin əmrindəki əsgərlər paytaxt Dəməqş, İdlib və Deyr əl Zor şəhərlərində evlərə soxulur və qarşılarına çıxan hər kəzi həbs edirlər.
Ölkənin ən böyük universitetlərindən biri olan Hələb Universitetinin tələbləri Bəşər Əsəd əleyhinə mitinq keçirib. Hökumət qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla yanaşı hökumət qüvvələrinin hücumuna məruz qalan Homs şəhərində iki xarici jurnalist də həlak olub. Onlardan birinin amerikalı Mariya Kolvin, digərinin isə fransız Remi Oshlik olduğu bildirilir. Baba Əmr rayonunda müvəqqəti mətbuat mərkəzinin atəşə tutulması nəticəsində daha 4 jurnalist isə ağır yaralanıb.
Bəşər Əsəd əleyhdarlarının yaratdığı Suriya Milli Şurası ölkədəki böhranın aradan qaldırımasının tək younun hərbi müdaxilə olduğunu açıqlayıb. Milli Şura yayımladığı mətbuat açıqlamasında minlərlə adamın Əsəd qüvvələri tərəfindən öldürüldüyünü və insani dəhliz üçün hərbi müdaxilənin lazım olduğunu bildirib. Şuranın sözçüsü Besma Kadmani Suriya üçün iki variant qaldığını deyib. Ya Bəşər Əsəd rejiminə qarşı beynəlxalq güclərin qatıldığı hərbi müdaxilə olmalıdır, ya da Suriyadakı vətəndaş müharibəsi getdikcə dərinləşəcək.
Homs şəhərinin bombardmanının davam etməsi Fransanı hərəkətə gətirib. Fransa hökuməti dinc sakinlərə qarşı hücumların dayanması və Bab Əmr bölgəsinə humanitar yardımların göndərilməsi üçün konkret addımlar atılmasınlı istəyib. ABŞ Dövlə Departamentinin sözçüsü Viktoriya Nulan isə bəyan edib ki, Vaşinqton Suriyadakı böhranın həlli üçün dinc müzakirə və həll yollarını dəstəkləyir:“ABŞ böhranın dinc həllinin tərəfdarıdır. Bununla yanaşı Bəşər Əsəd rejiminə qarşı əlavə tədbirlərin görülməsi də gündəmdədir. ABŞ əlavə tədbirləri də nəzərdən keçirə bilər”.
İnformasiya şöbəsi


