QOÇ
Bu gün üçün ən təhlükəlisi yoxlanılmamış informasiyalara inanmaqdır. Yaxşı olar ki, dedi-qodu ilə məşğul olanlara baş qoşmayasınız və ya onlara bunun üçün əsas verməyəsiniz. Günün yarısında istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz.
BUĞA
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərin yaxşı olmayacağı bildirilir. Sevən “Buğa”ları çətin, gərgin və yorucu gün gözləyir. Ailə işlərinə diqqət yetirməklə ailə üzvlərinizi sevindirəcəksiniz. Həyat eşqiniz tükənməzdir.
ƏKIZLƏR
Təəssüf ki, istədiklərinizlə vacib olanlar arasında seçim etməli olacaqsınız. Bu gün hər ikisini bir araya gətirmək qeyri-mümkündür. Gözlənilməz dəvətlər, planlaşdırılmamış əyləncələr olacaq. Bu gün erkən yatmaq tövsiyə olunur.
XƏRÇƏNG
Uzaq qohumlardan xoş xəbər eşidəcəksiniz. Valideyn “Xərçəng”lər uşaqlarının qarşılaşdığı çətinliyə görə narahat olacaqlar. Gün çoxdan bəri həyata keçirmək arzusunda olduğunuz istəyin reallaşacağını vəd edir.
ŞIR
Professional mövqeyinizi möhkəmləndirəcəksiniz. Işdə uğur gözlənilir. Evdə istədiyiniz mövzuda söhbət edə bilərsiniz. Yaxınlarınız sizi yaxşı başa düşəcək. Axşamınızı romantik görüşə həsr edin.
QIZ
Parlaq gün deyil. Yarımçıq qalmış işlərinizi tamamlayın. Danışıqlar zamanı ehtiyatlılığınız partnyorun gözündən qaçmayacaq və qarşı tərəf sizə təzyiq göstərəcək. Güzəştə getməyin, öz mövqeyinizdə durun.
TƏRƏZI
Maliyyə işlərində səliqə-sahman yaratmaq zamanıdır. Bu müstəvidə vəziyyət siz düşündüyünüzdən də bərbaddır. Bugünkü bütün çətin problemləri sülhlə yoluna qoyacaqsınız. Qarşıya yeni məqsədlər qoymaq üçün münasib gündür.
ƏQRƏB
Yeni münasibət qurmaq baxımından əlverişli gündür. Siz qarşı tərəf haqqında düzgün qərar çıxaracaqsınız. Ulduzlar bildirir ki, “Əqrəb”lər daxili səslərinə qulaq assınlar. Həm işgüzar, həm də şəxsi müstəvidəki çətin durumlarda onlara daxili səsləri düzgün qərar verməkdə yardımçı olur.
OXATAN
Yeni işdən çəkinməyin. Çünki istənilən çətin işin öhdəsindən gələcəksiniz. Bu gün əks cinsin nümayəndələrinin diqqətini daha çox cəlb edəcəksiniz. Bürcün tənha nümayəndələri bu fürsətdən istifadə edə bilərlər.
OĞLAQ
Xırda problemlərə əhəmiyyət verməyin. Bu işlər özü-özünə həll olunacaq. Gün yeni tanışlıq üçün əlverişlidir. Qarşı tərəfdə daha çox maraq oyadacaqsınız.
DOLÇA
Işləriniz çoxdur, hər biri də diqqət, ehtiyatlılıq və risk tələb edir. Bu gün təməli qoyulan bir sıra başlanğıclar uğurlu olacaq. Xoşagəlməz sürprizi başqa şəhərdən gəlmiş tanışınızdan gözləyin.
BALIQLAR
Ətrafda baş verənlərə görə məsuliyyəti öz üzərinizə götürməyə tələsməyin. Bugünkü proseslərin sizin davranışlarla heç bir əlaqəsi yoxdur. Səhhətinizə də diqqət yetirin. Gününüzü elə planlaşdırın ki, istirahətə də vaxt qalsın. Əyləncəli tədbirləri təxirə salın.

Günün ulduz falı (22.02.12)
•