Qəzzafinin muzdluları Malini qarşıdırdı

Qəzzafinin keçmiş tərəfdarları Malinin şəhərlərini zəbt eləməyə başlayıb. On minlərlə qaçqın var. Liviya münaqişəsi zamanı Qəzzafinin tərəfində savaşan muzdlu tuareqlər vətənlərinə orada əldə etdikləri silahları ilə qayıdıblar. Hazırda Mali təhlükəsizlik qüvvələri ilə yerli tuareq qəbilələri arasında geniş miqyaslı müharibə başlayıb. Köçəri həyat keçirən qəbilələr öz mütəqillikləri uğrunda mübarizə aparırlar.  Onlar 3 şimal əyalətinin muxtariyyətini tələb edirlər. Ekspertlər proqnoz verir ki, tuareqlərin yaşadığı daha on Afrika ölkəsi üçün bu cür real təhlükə var.
Malidəki münaqişə zamanı onlarla, bəzi məlumatlara görə yüzlərlə sakin öldürülüb. Mali rəsmilərinin məlumatına görə qaçqınların sayı 35 mini ötüb, BMT bu rəqəmin 44 min olması haqda məlumat yayıb. Qaynar bölgədən qaçanlar qonşu ölkələr – Burkina-Faso, Niger və Mavritaniyaya sığınıblar. Ölkənin şimalında 7 şəhər hücuma məruz qalıb. 5 şəhər artıq zəbt edilib. Konflikt milli münaqişədən irqi düşmənçiliyə də keçib. Artıq ağ dərili tuareqlər və başqa xalqlara qarşı malili qaradərililər hücumlar edir.
Hərbi münaqişədən “Əl Qaidə”nin Məqrib ölkələrində möhkəmlənmək üçün istifadə edə bilmə ehtimalı var.
Apreldə Malidə prezident seçkiləri keçiriləcək. Seçki prossesi iflasa uğrayarsa və konflikt sakitləməzsə, ölkə vətəndaş müharibəsinə daxil olacaq.

İnformasiya şöbəsi