Almaniyanın prezidenti “Mandela” olacaq

Şərqi almaniyalı hüquq müdafiəçisi Yoahim Hauk ən real namizəddir

Almaniyada haqqında korrupsiya ittihamları qarşısında duruş gətirməyərək istefaya gedən Kristian Vulfun xələfi müəyyən olub. Koalisiya hökumət və müxalifət partiyaları ölkə başçısı postuna tanınmış hüquq müdafiəçisi Yoahim Haukun namizədliyi üzərində razılaşıb. Keçmiş Şərqi Almaniyada (ADR) birlik, azadlıq və insan haqlarının tanınmış müdaiəçisi Hauk Rostok əyalətində dini təhsilini tamamladıqdan sonra Protestant kilsələrində keşiş olaraq çalışıb.

Şərqi Almaniyada communist rejimin devrilməsində böyük yol oynayan 72 yaşlı hüquq müdafiəçisi 1990-cı ildə iki alman dövlətinin birləşməsindən sonra Şərqi Almaniyanın kəşfiyyat xidmətinin (Stas) arxivlərinin rəhbəri postuna gətirilib. Vəzifədə qaldığı 10 il ərzində uğurlu ilə adından tez-tez bəhs olunan və kommunist Şərqi alman gizli polisinin törətdiyi cinayətləri ortaya çıxarmasıyla tanınan Yoahim Hauk “Almaniyanın Mandela”sı adlandırılır.
Təqaüdə çıxdıqdan sonra insan haqları sahəsində işlərini davam etdirən Hauk heç bir siyasi partiyayla bağlı deyil. O, özünün sol meylli, liberal mühafizəkar kimi təqdim edir.

1990-cı ildə mühafizəkarların prezidentliyə namizədi olma təklifini rədd edən Yoahim Hauk 2010-ci ildəki seçkilərə isə solçu müxalifətin namizədi kimi qatılıb və az öncə isteva verən Kristian Vulfa məğlub olmuşdu. Almaniyanın yeni prezidentini seçmək üçün səsvermə martın 18-də keçiriləcək. Bu tarixi bundestaqın sədri Norbert Lammert təyin edib. Prosedura xüsusi olaraq dövlət başçısını seçmək üçün çağırılan Federal məclisdə keçiriləcək. Federal məclisin 1240 üzvü var. Onların yarısı bundestaqın üzvləri, yarısı isə 16 federal əyalətin nümayəndələridir.

İnformasiya şöbəsi