Makkeyn Suriya müxalifətinə silah verməyə çağırır

“Qırmızı xaç” isə ƏSəd rejimi ilə müxalifət arasında danışıq aparır

Amerikalı senator Con Makkeyn Suriya müxalifətini özünü müdafiə üçün silahlandırmaq təklifi ilə beynəlxalq ictimaiyyətə çağırış edib. Misirin paytaxtı Qahirədə mətbuat konfransında çıxış edən Makkeyn ABŞ-ın birbaşa silah vermədiyini, ancaq özünü müdafiə edə bilmək üçün insanlara silah ötürməyin müxtəlif  yolları olduğunu deyib. O, Liviya nümunəsini misal kimi göstərib.

Bu arada “Qırmızı xaç” cəmiyyəti Suriyada fəaliyyətini artırıb. Təşkilat  Suriya höküməti və müxalifəti arasında atəşkəs elan olunmasına çalışır. Hökümətin mühasirəyə aldığı Homs şəhərində vəziyyət xüsusilə ağırdır. “Qırmızı xaç” qadın və uşaqların evakuasiya edilməsinin vacibliyini bildirib.
Məlumatlara görə, Bəşər Əsəd rejimi ona qarşı etirazlar başlayandan bəri 7 min dinc sakin öldürüb.

İnformasiya şöbəsi